» » » "Qarabağ" - "Atletiko": Biletləri almağa tələsin!

"Qarabağ" - "Atletiko": Biletləri almağa tələsin!

"Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın "Atletiko” klubunu qəbul edəcək.
Premyer.az bildirir ki, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.
Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.
Qeyd edək ki, "Qarabağ” – "Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.
 
Satış məntəqələri: 
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


398     
Reklam

Reklam