» » » U-21-in futbolçusu millimizdən nəyə görə imtina etdi?

U-21-in futbolçusu millimizdən nəyə görə imtina etdi?

"Bursaspor”un və 21 yaşadək futbolçuların ibarət milli komandamızın formasını geyən Ozancan Kökcü gələcək karyerası ilə bağlı qərar qəbul edib. 
Premyer.az bildirir ki, o, sosial şəbəkədə bu haqda yazıb. Belə ki, Kökcü Azərbaycan yığmasında oynamaqdan imtina etdiyini bildirib: 
"Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və qərar verməyə məcbur oldum. 
Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. 
Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm. 
Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"
179     
Reklam

Reklam