» » » Hakimlər briqadasını təhqir edən "İnter"in məşqçisi cəzasını aldı (FOTO)

Hakimlər briqadasını təhqir edən "İnter"in məşqçisi cəzasını aldı (FOTO)

İntizam Komitəsinin bu gün keçirilən iclasında "Zirə” – "İnter” oyunu ilə əlaqədar bir sıra qərarlar qəbul edilib. Premyer.az qərarları diqqətinizə çatdırır:
 
Topaz Premyer Liqasının VI turunun "Zirə” – "İnter” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
 
 
Oyunun 88-ci dəqiqəsində "İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
 
Oyun başa çatdıqdan sonra "İnter” klubunun məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.4).

142