» » » Azər Həşimov: "Bu futbolçu Azərbaycan milli komandasına da cəlb edilə bilər" (MÜSAHİBƏ, ÖZƏL)

Azər Həşimov: "Bu futbolçu Azərbaycan milli komandasına da cəlb edilə bilər" (MÜSAHİBƏ, ÖZƏL)

Bu gün Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici  heyətlərinin yarışında 6-cı tur çərçivəsində 3 oyun keçirilib. Premyer.az xəbər verir ki, çempionatın tək başına lideri olan "Qəbələ” öz meydanında "Neftçi” ilə görüşüb. Oyun meydan sahiblərinin 7:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Komandanın və çempionatın bombardiri Ülvi İsgəndərov bu oyunda xet-triklə yadda qalıb.
 
 
Qəbələ təmsilçisinin məşqçisi Azər Həşimov oyundan sonra Premyer.az saytının suallarını cavablandırıb:
 
 
-         İlk öncə oyun haqqında fikirlərinizi bildirərdiz
-          İlk 15 dəqiqə bərabər səviyyəli oyun keçdi. Biz hesabı açdıqdan sonra rəqib hələ müqavimət göstərməyə çalışırdı, yalnız ikinci qolumuzdan sonra "Neftçi”nin futbolçuları ruhdan düşdülər və artıq məğlubiyyətlə barışdılar. Beləliklə də birinci hissəni 3:0 hesabı ilə başa vurduq, ikinci hissədə isə daha 4 dəfə rəqib komandasının qapısına yol tapdıq.
 
-         Futbolçularınızın çıxışlarını necə dəyərləndirərdiz?
-          Uşaqlar hər oyunda əzmkar oyun nümayiş etdirib qələbə qazanırlar. Rəqib "Neftçi” olmasına baxmayaraq, komandamız qələbə qazanmağa daha layiq olduğunu öz oyunu ilə sübut etdi. Çox şadam ki, 3 xalı qazanan biz olduq. Növbəti oyunlarda da bu əzmkarlığı davam etdirib, özümüzü daha da yaxşı tərəfdən göstərməyə çalışacağıq.
 
-         6 oyunda 100 %-lik nəticə göstərmisiniz. Bu uğurun səbəbkarı kimlərdir?
-          Təbii ki, ilk öncə komandanın baş məşqçisi Elmar Baxşıyevin. Bu uğurlarda onun əməyi danılmazdır. Məşq və hazırlıqlarda baş məqçinin komandanı düzgün istiqamətləndirməsinin bariz nümunəsidir ki, komandamız 6 oyunda 6 qələbə qazanıb. Ümumiyyətlə baş məşqçi komandaya və futbolçulara yaxşı motivasiya verir və bunun nəticəsi də göz qabağındadır.
 
-         Daha bir səbəbkar da yəgin ki klubunuzun vuran ayağı – Ülvi İsgəndərovdur?
-          Hal-hazırda bombardirimiz 20 yaşlı gənc futbolçu Ülvi İsgəndərovdur. Gözəl texnikası, sürəti və zərbələri olan bir futbolçudur. Mən inanıram ki, onun kimi bir futbolçu öz üzərində bir az da çalışsa, yaxın gələcəkdə Azərbaycan milli komandasına da cəlb edilə bilər. Bu günkü böyük hesablı qələbədə Ülvi vurduğu 3 qolla pay sahibi oldu.
 
Müsahibə və Foto: Rauf İskəndərov
351