» » » Premyer Liqada mövsümün 50-ci qolunu kim vurdu?

Premyer Liqada mövsümün 50-ci qolunu kim vurdu?

Premyer Liqada mövsümün 50-ci qolunu kim vurdu?Topaz Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. Premyer.az bildirir ki, bu, VI turun "Qarabağ” – "Sumqayıt” oyununa təsadüf edib. Matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.
Maraqlıdır ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də "Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.
Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.
238     
Reklam

Reklam