» » » PFL Qərar verdi: “Sumqayıt” – “Qarabağ” oyunu Sumqayıtda keçirilməyəcək

PFL Qərar verdi: “Sumqayıt” – “Qarabağ” oyunu Sumqayıtda keçirilməyəcək

Peşəkar Futbol Liqası bu gün bir sıra qərarlar qəbul edib. Premyer.az bildirir ki, qərarlara əsasən Topaz Premyer Liqasının VI turunun oyun cədvəlində  dəyişiklik edilib eləcə də bir sıra müraciətlərə baxılıb.

"Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının VI turunda "Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsinin "Roma” ilə  görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. "Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və "Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı  qərarlara imza atıb.

Topaz Premyer Liqasının VI turunun "Sumqayıt” – "Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

VI turda meydan sahibi kimi "Qarabağ”, hər  iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi "Sumqayıt” klubu təsdiq edilsin.

VI turun "Qarabağ” – "Sumqayıt” komandalarının əvəzedici heyətlərinin görüşü 24 sentyabr  saat  16:30-da Zirə İdman Kompleksinin stadionunda keçirilsin. 
400     
Reklam

Reklam