» » » Emin Mahmudov: "Ruslan Abışov mənə çox kömək edir" (VİDEO)

Emin Mahmudov: "Ruslan Abışov mənə çox kömək edir" (VİDEO)

Fraqmanın yeni transferi Emin Mahmudov "Neftçi” TV-yə açıqlama verib. Premyer.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bunları bildirib:

"Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki, komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdır. Abu-hava yaxşıdır. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncələri ilə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdır”.
 
366     
Reklam

Reklam