» » » SON DƏQİQƏ! Türkiyə Super Liqasında daha bir istefa

SON DƏQİQƏ! Türkiyə Super Liqasında daha bir istefa

SON DƏQİQƏ! Türkiyə Super Liqasında daha bir istefa Daha öncə xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası klublarından olan "Osmanlıspor”un baş məşqçisi Bülənt Uyqun istefa verib. Premyer.az xəbər verir ki, bu dəqiqələrdə Türkiyə mətbuatı daha bir istefa xəbərini yayıb. Belə ki, növbəti baş məşqçi istefası "Antalyaspor" klubunda baş verib. Təcrübəli baş məşqçi Rza Çalımbayın istefa səbəbi hələ ki açıqlanmır. Qeyd edək ki, bu gün Türkiyə Super Liqasında keçirilən 5-ci tur çərçivəsində "Antalyaspor" səfərdə "Kayserispor"a 0:2 hesabı ilə məğlub olub. Turnir cədvəlində isə klub 5 turdan sonra 18 klub arasında 14-cü yerdə qərarlaşıb. 
333     
Reklam

Reklam