» » » "Qarabağ" - "Roma": bilet satışında REKORD-a doğru!

"Qarabağ" - "Roma": bilet satışında REKORD-a doğru!

"Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma”yla matçın bilet satışı davam edir. Premyer.az bildirir ki, artıq bu qarşılaşmaya satılan biletlərin sayı dünən 40 000-ə çatıb. Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
 
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
 
 
Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

673     
Reklam

Reklam