» » » Rəşad Sadiqovun təqdimat mərasimi keçirildi

Rəşad Sadiqovun təqdimat mərasimi keçirildi

Bu gün saat 17:00-da "Bakcell Arena”da "Neftçi" komandasının baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqov media nümayəndələrinin qarşısına çıxıblar.
 
Premyer.az bildirir ki, əvvəlcə Rəşad Sadiqovun təqdimat mərasimi keçirilib. Təcrübəli yarımmüdafiəçi 6 nömrəli formanı geyinəcək. Buna qədər həmin formanı daşımış Pavel Dreksa isə 16 nömrəli formada oynayacaq.
 
Rəşad Sadiqov jurnalistlərin suallarına cavab verəndən sonra baş məşqçi, ona ünvanlanmış sualları cavablandırıb. Ardınca – saat 17:30-da "Neftçi”nin "Zirə” ilə oyunöncəsi son məşqi start götürüb. Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri və azarkeşlər üçün açıq olub.

Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu sabah saat 19:00-da başlanacaq.
208     
Reklam

Reklam