» » » "Kəpəz"in və U-21-in zədəli üzvü sıraya döndü

"Kəpəz"in və U-21-in zədəli üzvü sıraya döndü

"Kəpəz"in və U-21-in zədəli üzvü sıraya döndü"Kəpəz”in bir müddətdir ki, zədəsini müalicə etdirən üzvü İlkin Sadıqov komanda ilə birgə məşqlərə qoşulub. Premyer.az bildirir ki, Topaz Premyer Liqasının III turunun "Neftçi” ilə oyununda sıradan çıxan futbolçu 10 gün kollektivdən uzaq qalıb. Qabırğanın yerini dəyişməmiş sınığı diaqnozu qoyulan Sadıqov yalnız ötən həftədən fərdi halda hazırlığa başlayıb.
 
Qeyd edək ki, zədə səbəbindən hücumçu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyunlarını və çempionatda "İnter”ə qarşı matçı kənardan izləyib. 
168     
Reklam

Reklam