» » » Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün...."

Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün...."

Qurban Qurbanov: “Qarabağ”ın baş məşqçisi olduğum üçün....""Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə "Çelsi”yə 0:6 hesabıyla məğlub olub. Premyer.az xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:  
"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, "Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.
556     
Reklam

Reklam