» » » “Xəzər Lənkəran”lılardan milli komandada ilk dubl

“Xəzər Lənkəran”lılardan milli komandada ilk dubl

"Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev ilkə imza atıb. Premyer.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "ağ-yaşıllar”ın heyətində oyun və kapitanlıq sayında rekordçu olan yarımmüdafiəçi bu dəfə Azərbaycan milli komandasında fərqlənib. "Avro-2016"nın seçmə mərhələsinin dünən keçirilən Malta – Azərbaycan oyununda (2:2) meydana çıxan R.Əmirquliyev 2 qol vuraraq dubla imza atıb. Hər hissədə 1 dəfə rəqib qapısına yol tapan orta sahə oyunçusu ölkəmizin əsas yığmasında dubl edən ilk "Xəzər Lənkəran”lı olub. Milli komandanın 23 illik tarixində bunadək qeydə alınan 8 dublun heç biri klubun üzvlərinin hesabında olmamışdı ki, ilki Əmirquliyev gerçəkləşdirib. Ümumilikdə isə yığmada 45 oyun keçirib 3 qol vuran Rahid bu qarşılaşmaların hamısında "Xəzər Lənkəran”ı təmsil edib. O, ilk qolunu 2013-cü il sentyabrın 7-də İsraillə "DÇ-2014"ün səfərdəki seçmə oyununda vurub.
360     
Reklam

Reklam