» » » “Kəpəz”in sabiq futbolçusunun yeni klubda da bəxti gətirmədi

“Kəpəz”in sabiq futbolçusunun yeni klubda da bəxti gətirmədi

"Kəpəz” azarkeşlərinin sevimlisi, son iki mövsümdə komandanın qol silahı olmuş Dario Federiko uzun müddətə sıradan çıxıb.

Premyer.az xəbər verir ki, yay fasiləsi zamanı "Seongnam” klubuna transfer olunan braziliyalı oyunçu dizindən ciddi xəsarət alıb. Futbolçunun 6 ay yaşıl meydançalardan kənarda qalacağı söylənilir.
Qeyd edək ki, Dario vaxtilə "Kəpəz”də də analoji problemlə üzləşmişdi.
 
FOTO: RAUF İSKƏNDƏROV
219     
Reklam

Reklam