» » » Norveç millisinin üzvü "Qarabağ"da!

Norveç millisinin üzvü "Qarabağ"da!

"Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib. Premyer.az bildirir ki, ağdamlılar, dünən millimizi məğlub edən Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb. Yunanıstanın "Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında "Qarabağ”da keçirəcək.
 
Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin "Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın "Hereneven”, Norveçin "Lillström” və "Rusenburq”, Almaniyanın "Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu "Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.
134     
Reklam

Reklam