» » » "Zirə"dən yeni TRANSFER!

"Zirə"dən yeni TRANSFER!

Topaz Premyer Liqasının yeni mövsümünə uğurlu başlayan "Zirə” daha bir futbolçu ilə güclənib.

Premyer.az xəbər verir ki, Sadio Tounkara bu gündən "qartallar”ın düşərgəsinə qoşulub. 25 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Sadio Tounkara azərbaycanlı futbolsevərlərə tanış simadı. Belə ki, malili yarımmüdafiəçi daha öncə ölkəmizdə "Xəzər Lənkəran” və AZAL klublarının şərəfini qoruyub.
Tounkara Azərbaycan və Mali ilə yanaşı, Kipr çempionatında "Paralimni" klubunda da çıxış edib.

246     
Reklam

Reklam