
Çempionlar
Liqasında qrup mərhələsinin ilk ev oyununda "Qarabağ”ın
qarşılaşacağı "Roma”yla matçın biletlərini sentyabr ayının 7-dən
etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq
iTicket.az saytından əldə edə biləcəksiniz.
Premyer.az bildiririr ki, biletləri əldə edərkən,
eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.
Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Şatış məntəqələri:
- Asan Xidmət Mərkəzləri
- Heydər
Əliyev Sarayının kassası
- 28 Mall
- Gənclik Mall
- Park Bulvar (Qarabağ FK
Fanshop)
- M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
- Bül-bül prospekti, Nizami
küç. (Nizami k/t yaxınlığı)
- Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin
arxası)