» » » PAOK-un braziliyalı futbolçusu "Qarabağ"da!

PAOK-un braziliyalı futbolçusu "Qarabağ"da!

PAOK-un braziliyalı futbolçusu "Qarabağ"da!Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır. Premyer.az xəbər verir ki, Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrike Konzenin keçidini reallaşdırmaq üzrədir. 

Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, braziliyalı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək. 
Bildirilir ki, hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, Ağdam klubu yeni transferini bu gün rəsmən açıqlayacaq. 
Daha öncə "Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə "Renn” klubundan PAOK-a keçib. O, yunan klubunda 23 oyunda 6 qol vurub.
 
Qeyd edək ki, ingilis dilli Vikipediada futbolçunun səhifəsində Pedro artıq "Qarabağ"ın futbolçusu kimi göstərilib.
 
 
 
 
232     
Reklam

Reklam