» » » “Şəmkir”i kim dağıtdı?

“Şəmkir”i kim dağıtdı?

... Öz gözündəki tiri görmür, başqasının gözündə iynə axtarır və ya "Şəmkir” nədən imtina etdi? "Şəmkir”ə imtina hüququnu kim vermişdi? Ümumiyyətlə, "Şəmkir” nəinki iştirak, ümumiyyətlə müraciət üçün üz saxlamışdımı?

...Ötən il odlu-alovlu vədlər verib, "baza tikirəm”, "yeni stadion salıram”, "Şəmkir”in əzəmətini qaytarıram, bağ belə, bostan belə deyən rəhbərlik bütün mövsüm boyu rəqiblərini otu torpaqdan seçilməyən stadionda qəbul etmədimi?
Bütün işləri "Premyer Liqaya uyğun qurmuşuq, lisenziyalaşdırma işimiz yüksək səviyyədə qurulub, maliyyə hesabatımız şəffafdır” deyən rəhbərlik niyə futbolçularına pulu o tində, bu tində verirdi?
İki məğlubiyyətdən sonra baş məşqçisini istefaya göndərib yeni mütəxəssislə anlaşan klub hansı inamdan, etibardan, gələcəkdən danışa bilər?
"Şəmkir”i kim dağıtdı? Kiçik bir xatırlatma. Əgər bir komandanın prezidenti mövsümün sonuna 3, 4 tur qalmış aradan çıxıb, futbolçulara hər gün bir söz verirsə və bu sözlərə əməl etmirsə, oyunçuları kütləvi şəkildə AFFA-ya gəlib çarə, çıxış yolu axtarırsa o zaman  "komandamızı dağıtdılar” deyənlər günahı ilk növbədə öz içlərində axtarsınlar.
Və fikirimizcə bütün bu çirkin əməlləri edib "Şəmkir”in süqutuna səbəb olanlarla vaxtilə əfsanəvi "Şəmkir”i qurub minlərlə adamı stadiona toplayan adamların adını birgə çəkməyək.
Bundan əlavə, cümlələrin quruluğunda fərq var. "Şəmkir”i  kimlərsə dağıtmadı, "Şəmkir” içindən parçalandı. Belə olan halda da çempionatda iştirak etmək mümkün deyil, imtinaya ehtiyac qalmır.
Mənbə: Futbol11.az

200