» » » Əfran İsmayılovdan 200

Əfran İsmayılovdan 200

Əfran İsmayılovdan 200"Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Premyer.az bildirir ki, yarımmüdafiəçinin yubileyi Topaz Premyer Liqasının III turuna təsadüf edib. "Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi.
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da "Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi "Bakı”da 17, "İnter”, "Turan” və "Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.
383     
Reklam

Reklam