» » » Klubsuz qalan Vaqif Cavadov yenidən xaricə üz tutdu

Klubsuz qalan Vaqif Cavadov yenidən xaricə üz tutdu

Azərbaycan milli komandasının  sabiq üzvü, iddialı klublarımızda forma geyinmiş Vaqif Cavadovun klubsuz günləri davam edir. Ötən mövsümün bir hissəsini AZAL-da keçirən Cavadov yay fasiləsində klub tapa bilmədi. Onun xidməti bir neçə komandaya təklif olunsa da, işlər uğurlu sonluğa çatmadı. Odur ki, Vaqif Cavadov transfer vərəqini aidiyyatı qurumdan götürüb.

Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, Vaqif Cavadov yenidən legioner həyatı yaşamaqda maraqlıdır. Onun hansı ölkəyə üz tutacağı hələ ki bəlli deyil.
 
Qeyd edək ki, məşhur Cavadovlar nəslinin nümayəndəsinin legioner təcrübəsi var. O, Rusiya, Türkiyə və Hollandiya kimi ölkələrdə legioner  həyatı yaşayıb.
423     
Reklam

Reklam