» » » Klubsuz qalan Emin Mahmudova Avropa klublarından təklif

Klubsuz qalan Emin Mahmudova Avropa klublarından təklif

"Emin "Boavişta"nı öz istəyi ilə tərk etdi. Çünki oynamaq üçün çox az şans qazanırdı". Premyer.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Emin Mahmudovun agenti Aleksandr Manyakov deyib.

Millimizin yarımmüdafiəçisi otən gün Potuqaliyanın "Boavişta" klubu ilə yollarını ayırıb və azad agent statusu alıb.
Rusiya mətbuatına müsahibə verən FİFA meneceri futbolçunun gələcək taleyindən danışıb. O, öncə Eminin "Boavişta" klubunda möhkəmlənə bilməməsindən danışıb: "Emin və ailəsi Portuqaliyada xoşbəxt idilər, onlara qarşı isti münasibət var idi. Emini "Boavişta"dan heç kim qovmurdu. Sadəcə, o, çox oynamaq istəyirdi və bunu dəfələrlə açıqlamışdıq". 
Manyakov Eminin Rusiyadan və Avropa ölkələrindən təklif aldığını vurğulayıb: "Onun üçün Rusiyadan və Avropa klublarından təklif almışıq. Ümid edirəm ki, yay transfer dönəmi başa çatana qədər qərar verə biləcəyik".
Agent Mahmudovun sabiq komandası "Spartak"a qayıtmasının mümkünsüz olduğunu sözlərinə əlavə edib: "Biz hadisələrə real yanaşmalıyıq. "Spartak"ın başqa hədəfləri var, meydanın mərkəzində onların səviyyəli futbolçuları çıxış edir. Bildiyinə görə, "Spartak"da bu mövqe transfer üçün ümumiyyətlə, bağlıdır".
Xatırladaq ki, 25 yaşlı Mahmudov "Boavişta"ya ötən yay "Krılya Sovetov"dan ayrıldıqdan sonra keçmişdi. O, Portuqaliya klubunda cəmi 12 oyunda meydana çıxıb və 1 qol vurub.
410     
Reklam

Reklam