Millimizin üzvü Emin Mahmudov Portuqaliyanın "Boavişta” klubundan ayrılıb.
Premyer.az bildirir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb. Tərəflər qarşılıqlı
razılıq əsasında müqaviləyə xitam verib. Emin Mahmudov azad agent
statusu alıb.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Boavişta”da çıxış edirdi.