» » » Əzəli rəqiblər sülhlə ayrıldı

Əzəli rəqiblər sülhlə ayrıldı

Bu gün Azərbaycan Premyer Liqasında III tur start götürüb. Premyer.az xəbər verir ki, günün ikinci qarşılaşmasında iki əzəli rəqib bir araya gəlib. İlk iki turda xal qazana bilməyən "Neftçi" və "Kəpəz" paytaxtda mübarizə aparıb. Meydan sahiblərinin daha aktiv oyun nümayiş etdirmələrinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb.
 
Premyer Liqa, III tur
25 avqust 2017

"Neftçi" – "Kəpəz" - 0:0
Hakimlər: Orxan Məmmədov, Vüqar  Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
8-ci km qəsəbə stadionu
 
 
"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk , 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 10. Derlis Meza Kolli, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 3. Mateo Mujek, 4. Rahil Məmmədov, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 97. Elnur Cəfərov
 
 
"Kəpəz”: 1.Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 9. İlkin Sadıqov, 7. Sergey Çernışev, 20. Samba Dialo, 8. Viktor Oseqeyl
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə, 10. Tural Rzayev, 18. Tural Cəlilov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov
 
Günün ilk qarşılaşmasında "İnter" "Səbail" üzərində 1:0 hesablı qələbə qazanıb.
445     
Reklam

Reklam