» » » ”Uşaq futbolunda zədələnmənin profilaktikası” (LAYİHƏ)

”Uşaq futbolunda zədələnmənin profilaktikası” (LAYİHƏ)

”Uşaq futbolunda zədələnmənin profilaktikası”  (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsində növbəti yazını təqdim edirik.
 
GİRİŞ
 
Hazırda futbol gənc və yeniyetmələr arasında ən geniş yayılmış idman növlərindən biridir və məhz bu fakt qeyd olunan idman növünü zədələnmə təhlükəsi ən yüksək olanlar sırasına qoyur. Bu amil nəinki böyük futbolda, uşaq futbolunda da keçərlidir.
 
ZƏDƏLƏRİN YARANMA SƏBƏBLƏRİ
 
Futbolda zədələr yüksək sürət və digər oyunçularla təmas nəticəsində yaranır. Oyun zamanı futbolçular öz rəqiblərini sözün əsl mənasında "yıxmağa" çalışırlar ki, belə olan əksər hallarda da zədələnmələr (məsələn, müxtəlif ayaq zədələri və beyin silkələnməsi) qaçılmazdır. Bunun qarşısının alınması üçün hər cür ehtiyat tədbirlərinin görülməsinə baxmayaraq (məsələn, qalxanların və sarğıların istifadəsi), zədələnmənin qarşısını 100% almaq mümkün olmur.
 
HANSI NÖV ZƏDƏLƏRƏ FUTBOLDA DAHA ÇOX RAST GƏLİNİR?
 
Futbolda zədələnmə adi haldır, xüsusilə ön və arxa xaçabənzər bağların, yan bağların, menisk və oynaq qığırdağlarının zədəsi və s. Məhz bu tip zədələr – ağır zədələr kateqoriyasına aiddir və nəticə etibarilə futbolçu karyerasına son qoya bilər.
 
Oyun zamanı qəfil hərəkətlər etdikdə, o cümlədən rəqibin ayağıyla təmasda olduqda, onun üzərinə açıq ayaqla basdıqda - baldırla pəncəni birləşdirən oynaq bağlarının zədələrinə tez – tez rast gəlmək mümkündür.
 
Yuxarıda qeyd edilənlərdən əlavə, futbolda çiyin zədələrinə də tez-tez rast gəlinir. Rəqiblə top uğrunda mübarizə zamanı, daha çox müdafiəçi mövqeyində oynayan futbolçular belə zədələr alır. Həmçinin, nadir hallarda yıxılma zamanı akromial-körpücük sümüyü oynağının zədəsi də baş verə bilər.
 
BEYİN  SİLKƏLƏNMƏSİ
 
Futbolçularda daha bir zədə növü də - beyin silkələnməsidir. Bunun əsas səbəbi isə - futbolçuların meydançada qeyri-normal, aqressiv davranışlarıdır və bu da bu idman növündə futbolçular üçün çox böyük problemdir.
 
Çoxları düşünür ki, beyin silkələnməsi həmişə şüurun itkisi ilə müşayiət olunur, amma bu həmişə belə olmur. Elə hallar olur ki, oyunçular heç özləri də bilmədən beyin silkələnməsi alır. Belə olan halda, zədənin fəsadları dərhal yox, bir müddət sonra da üzə çıxa bilər. Bu isə öz növbəsində, müayinədən gec keçirilməsinə və müalicənin effektivliyinin azalmasına gətirib çıxara bilər.
 
Beyin silkələnməsinin əsas əlamətləri
 
Beyin silkələnməsinin əsas əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma, tarazlığın itirilməsi, yuxululluq, keyləşmə / arabir sancma, diqqətin cəmləşdirilməsində çətinlik və görmə zəifliyi (aydın görməmə). Belə zədədən sonra futbolçu oyuna yalnız həkim müayinəsindən keçdikdən və həkimin razılığı alındıqdan sonra qayıda bilər. Yuxarıda da qeyd etdiyimiz kimi, müayinənin gecikdirilməsi və müalicənin vaxtında edilməməsi, futbolçunun sağlamlığında müxtəlif xoşagəlməz fəsadlarla nəticələnə bilər.
 
TRAVMATİK GƏRGİNLİK
 
Bel ağrıları
 
Bel ağrısı və ya belin aşağı hissəsində qismi ağrılar, idmançıda travmatik gərginliyin meydana gəlməsinin aşkar əlamətidir. Həddindən artıq travmatik gərginliyə əksər hallarda idmançının məşqlər zamanı normadan artıq proqramlarla yüklənməsi səbəb olur. İnsan orqanizminin fiziki göstəriciləri belə yükləmələrə təbii ki, tab gətirə bilmir. Belə hallara xüsusilə Azərbaycanda daha çox rast gəlmək olar, çünki qabaqcıl futbol ölkələrindən fərqli olaraq, ölkəmizdə futbolçuların (o cümlədən də uşaq futbolçuların) fiziki hazıqlıq səviyyəsi Avropa ölkələri ilə müqayisədə daha aşağı səviyyədədir.
 
Diz ağrıları
 
Travmatik gərginliyin daha bir əlaməti də diz ağrıları ola bilər. Ayağa olan fiziki yükləməni nəzərə alaraq, bu əlamətin daha çox məhz futbolçulara aid olduğunu qeyd edə bilərik.
 
GÜN VURMASI
 
Gün vurma əksər hallarda məhz gənc futbolçu nəslinin nümayəndələrində rast gəlinir. Xüsusilə tez-tez bu təlim düşərgələrində baş verir, hanski valideynlər özləri uşaqları göndərirlər. Təbii ki, bu daha çox yay aylarında, temperaturun maksimal dərəcədə olduğu və günəş şüalarının qarşısını meydanda heç nə ilə ala bilməyəcəyiniz hallarda baş verir. Bunun qarşısının qismən də olsa alınması üçün, məşq və oyun zamanı vaxtaşırı su fasilələrinin verilməsi zəruridir. Günə qarşı davamlılığı və dözümlüyüyü az olan, yaxud ürək çatışmazlığı problemləri olan uşaqların isə ümumiyyətlə qızmar günəş altında məşq etmələri və ya futbol oynamaqları sağlamlıq nöqteyi nəzərdən düzgün deyil və həkimlər (kardioloqlar) tərəfindən müsbət qarşılanmır.
 
Həddindən artıq fiziki yükləmələr güclü tərləməyə səbəb olur, bu isə öz növbəsində orqanizmdəki suyun və duzların azalmasına gətirib çıxarır.
 
Gün vurmanın ilk simptomları
— zəiflik
— başgicəllənmə
— güclü baş ağrısı
— qulaqlarda küy
— nəfəsalmanın tezləşməsi
— nəbzin tezləşməsi
— üşümə
— ürəkbulanması və qusma
— hərarətin 40 C və ya daha artıq yüksəlməsi
— ağır hallarda qıcolmalar və huşun itirilməsi.
 
Vacibdir ki, futbolçunun istənilən vaxt oyun zamanı lazımi miqdarda su içmək imkanı olsun. Bəzi hallarda bu əlamətlər insan günün altında olduqda, bəzi hallarda isə bir neçə saat sonra evə gəldikdə baş verir. Günvurmanın ilkin əlamətlərini qeyd edən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).
Dərhal "təcili yardım” çağırın! Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) soyuq su ilə kompreslər və ya buz qoyun.
 
ZƏDƏLƏNMƏNİN  PROFİLAKTİKASI
 
Zədələnmənin müxtəlif profilaktika yolları var ki, hansıların ki əsaslarını aşağıda diqqətinizə çatdırırıq:
 
-          Hər mövsümdən öncə öz fiziki vəziyyətinin qiymətləndirilməsini aparmaq;
-          Oyundan əvvəl öz orqanizminin əzələ və oynaqlarının isinmə hərəkətlərini həyata keçirmək;
-          Ardıcıl olaraq lazımi güc yükləmələrini və dartınma hərəkətlərini həyata keçirmək (normanı keçməmək şərti ilə);
-          Elə etməliyik ki, orqanizmin suya və zəruri duzlara ehtiyacı olmasın;
-          Uzun fasilələr zamanı fiziki aktivliyi davam etdirmək və mütləq şəkildə məşqlər keçirmək;
-          İmkan daxilində oyun zamanı xüsusi qoruyucu ləvazimatlardan, qalxanlardan, corablardan, formadan, günəşli havalarda isə baş sarğısından istifadə etmək;
-          Öz həkiminizi daima hadisələrdən xəbərdar etmək, narahatlığınız haqqında həkimə məlumat verməyi unutmamaq.
 
11  VƏ  DAHA YAŞLI  F UTBOLÇULAR  ARASINDA  ZƏDƏLƏNMƏNİN AZALDILMASI   ÜZRƏ  PROQRAM
 
Bu proqram beynəlxalq ekspertlər qrupu tərəfindən xüsusi olaraq hazırlanıb və onun effektivliyi elmi nöqteyi nəzərdən təsdiq edilib
Bu proqram hər məşqin əvvəlində, həftədə ən azı 2 dəfə, standart isinmə hərəkətləri kimi həyata keçirilməlidir.
 
Birinci hissə - Qaçış hərəkətləri (8 dəqiqə)
 
-          Düz, irəliyə doğru qaçış; (2 dəfə)
-          Ayaq budunun daxildən xaricə tərəf hərəkəti; (2 dəfə)
-          Ayaq budunun xaricdən daxilə tərəf hərəkəti; (2 dəfə)
-          Partnyor ətrafında, dairəvi hərəkətlə qaçış; (2 dəfə)
-          Çiyinlərin təması ilə hoppanmaqla qaçış; (2 dəfə)
-          Önə və geriyə sürətli qaçış; (2 dəfə)
 
İkinci hissə - Gücün koordinasiyası və müvazinət (10 dəqiqə)
 
-          Uzanmış vəziyyətdə, statik çalışma; (2 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Uzanmış vəziyyətdə ayaq dəyişikliyi; (3 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Uzanmış vəziyyətdə bir ayağı qaldıraraq, saxlamaq; (3 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
-          Böyrü üstə uzanma, statik çalışma; (3 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Böyrü üstə uzanma, ayaq budunun qaldırılması və endirilməsi; (3 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Böyrü üstə uzanma, ayağın qaldırılması və endirilməsi; (1 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
-          Ayaq budunun arxa əzələləri. Yeni başlayanlar üçün; (1 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Ayaq budunun arxa əzələləri. Orta səviyyə; (7-10 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Ayaq budunun arxa əzələləri. Yüksək səviyyə; (12-15 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
-          Əldə top bir ayaq üstə dayanma; (2 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Əldə top bir ayaq üstə dayanma. Komanda yoldaşı ilə topu bir-birinə atma; (1 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Bir ayaq üstə dayanaraq, komanda yoldaşının sınaqdan keçirilməsi; (1 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
-          Oturub-qalxma, ayaq barmaqları üzərində dayanma; (2 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Oturub-qalxma, önə doğru hərəkət etməklə; (2 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Tək ayaqla oturub-qalxma; (hər ayaqla 2 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
-          Vertikal hoppanmalar; (2 dəfə, 1-ci mürəkkəblik səviyyəsi)
-          Kənara hoppanmalar; (2 dəfə, 2-ci mürəkkəblik səviyyəsi)
-          Boksçu hoppanmaları; (2 dəfə, 3-cü mürəkkəblik səviyyəsi)
 
Üçüncü hissə - Qaçış hərəkətləri (3 dəqiqə)
 
-          Meydanda qaçış; (3 dəfə)
-          Qaçış və hoppanma; (2 dəfə)
-          Qaçış, səmti dəyişməklə sürətli qaçış; (3 dəfə)
 
p.s. Yazıdakı mütəxəssis fikirləri saytımızın bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
 
Rauf İskəndərov / Premyer.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
 
 
270