» » » "Qarabağ" tarixi oyun öncəsi son məşqinə çıxdı (FOTOLAR)

"Qarabağ" tarixi oyun öncəsi son məşqinə çıxdı (FOTOLAR)

"Qarabağ" komandası Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında qarşılaşacağı "Kopenhagen"lə matçın hazırlıqlarını tamamlayıb.
 
Premyer.az bildirir ki, ağdamlılar dünən matçın keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb.
 
Yerli vaxtla saat 19:30-da (Bakı vaxtıyla 21:30) başlayan məşq təxminən 1 saat davam edib. Komandanın son hazırlığını klubun vitse-prezidenti Tahir Gözəl də izləyib.


117