» » » "Qarabağ" mətbuat konfransı və məşq keçirəcək

"Qarabağ" mətbuat konfransı və məşq keçirəcək

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” sabah səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq.
 
Premyer.az bildirir ki, bu gün Bakı vaxtı ilə saat 21:00-da  baş məşqçi Qurban Qurbanov  media mənsublarının suallarını cavablandıracaq. Saat 21:30-da isə komandamız qarşılaşmanın keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxacaq. 
Qeyd edək ki, "Kopenhagen” – "Qarabağ” matçı sabah saat 22:45-də start götürəcək.
96