» » » Şahin Diniyev: "Bu, ilk dəfə idi..." (MÜSAHİBƏ)

Şahin Diniyev: "Bu, ilk dəfə idi..." (MÜSAHİBƏ)

Şahin Diniyev: "Bu, ilk dəfə idi..." (MÜSAHİBƏ)"Kəpəz" - "Zirə" oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb. Premyer.az baş məşqçinin dediklərini diqqətinizə çatdırır:
 
- "Belə oyundan sonra nəsə demək çətindir. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət vardı, nə də ki, top saxlama. Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. "Zirə" əks-hücumlarda bizi tutub qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. Futboldur, irəli baxmaq lazımdır. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".
116