» » » "Neftçi"nin iki üzü də qara: "Səbail"ə də uduzdu..

"Neftçi"nin iki üzü də qara: "Səbail"ə də uduzdu..

Bu gün Topaz Premyer Liqasında II tura start verilib. Turun açılış oyunu "Dalğa Arena"da keçirilib. Premyer Liqanın debütantı "Səbail" "Neftçi"ni qəbul edib. İlk turu xalsız başa vuran komandaların dueli maraqla gözlənilirdi. Amma gözlənilənlərdən fərqli olaraq, oyunun favoriti sayılan "Neftçi" bu oyunda məğlub olub. Matç "Səbail"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Debütantın qolunu oyunun sonuncu dəqiqəsində Elman Taqayev vurub.
 
Topaz Premyer Liqası II tur 
19 avqust 2017 (şənbə)

18:00. "Səbail" – "Neftçi" - 1:0
Qol: Elman Taqayev, 90
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov 
"Dalğa Arena”

"Səbail": 1. Emil Balayev, 25. Eqdaras Zarskis, 99. Maudo Jarjue, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 66. Pərviz Qaraxanov, 10. Nurlan Novruzov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 13. Murad Musayev, 9. Raul Yaqubzadə, 7. Emin Mehdiyev, 2. Sahil Mirzəyev, 77. Təyyar Məmmədov, 26. Kamal Qurbanov, 5. Seymur Əsədov, 98. Kamran Əliyev, 4. Amit Quluzadə, 69. Renan Telles
Baş məşqçi: Samir Əliyev

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mateo Mujek, 6. Pavel Dreksa, 15. Ruslan Abışov, (k), 10. Derlis Meza Kolli, 11. İqnasio Herrera, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 5. Anton Krivotsyuk,
 4. Rahil Məmmədov, 7. Namiq Ələsgərov, 9. Uqo Barqas, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 23. Tərzin Cahangirov, 26. Ömər Buludov, 27. Məqsəd İsayev, 51. Elçin Əsədov
Baş məşqçi: Elxan Abdullayev
566     
Reklam

Reklam