» » » Yeni mövsümün ilk avtoqolu Rahid Əmirquliyevdən gəldi! (VİDEO)

Yeni mövsümün ilk avtoqolu Rahid Əmirquliyevdən gəldi! (VİDEO)

Yeni mövsümün ilk avtoqolu Rahid Əmirquliyevdən gəldi! (VİDEO)Azərbaycan Premyer Liqasında 2017/18-ci illər mövsümü start götürüb. Premyer.az bildirir ki, yeni mövsümün ilk matçında "Neftçi” "Qarabağ"ı qəbul edib. Qarşılaşmaya sürətli başlayan ağdamlılar 14-cü dəqiqədə hesabı açıb. Əfran İsmayılovun cinah ötürməsini Mahir Mədətov başla dəqiq oynayıb. Hücumlarını artıran "Qarabağ” matçın 40-cı dəqiqəsində hesab arasında fərqi ikiyə çatdırıb. Dino Ndlovunun yerlə ötürməsini Mədətov tamamlayıb. İlk hissə qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb. İkinci hissəyə də sürətli başlayan "Qarabağ" 60-cı dəqiqədə üçüncü dəfə fərqlənib. Mədətovun ötürməsini Dino Ndlovu qarşısıalınmaz zərbəylə tamamlayıb. Matçın son dəqiqəsində "Qarabağ” 4-cü qolu da vurub.  Yalnız bu dəfə Rahid Əmirquliyev qolu öz komandasının qapısından keçirib. Bu qol, yeni mövsümün ilk avtoqolu kimi tarixə düşüb. "Neftçi” - "Qarabağ” - 1:3 
 
Qollar: Mahir Mədətov, 15 (1:0), 40 (2:0), Dino Ndlovu, 62 (3:0), Rahid Əmirquliyev, 90-avtoqol (3:1)

100