» » » Bu gün Premyer Liqada yeni mövsümə start verilir

Bu gün Premyer Liqada yeni mövsümə start verilir

Bu gün Premyer Liqada yeni mövsümə start verilirBu gün futbol üzrə Topaz Premyer Liqasında yeni mövsümə start verilir. Premyer.az xəbər verir ki, açılış matçında bütün ölkə çempionatlarının iştirakçısı olmuş iki klub üz-üzə gəlir. Ardıcıl 4 mövsümdür ölkə çempionu adını heç kimə verməyən "Qarabağ" 80 illik yubileyini qeyd edən "Neftçi" ilə qarşılaşır. Ötən mövsümü boşa vermiş paytaxt təmsilçisi mövsümün ilk matçını doğma azarkeşləri önündə keçirəcəyindən qələbəyə iddialıdır. Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq "Qarabağ" isə avqustun 15-i Danimarkanın "Kopenhagen" klubu ilə ilk matçına yüksək əhval-ruhiyyədə çıxmaq niyyətindədir. "Bakcell Arena"da oynanılacaq matçı FİFA referisi Əliyar Ağayev idarə edəcək. CBC Sport-la canlı yayımlanacaq oyunun start fiti saat 21:00-da səslənəcək.
66