» » » "Qarabağ" "Palermo"nun futbolçusuna elçi düşüb

"Qarabağ" "Palermo"nun futbolçusuna elçi düşüb

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirə bilər. Premyer.az xəbər verir ki, Ağdam klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Karlos Embalo ilə maraqlanır. 

Bu barədə məlumatı İtaliyanın "Mediagol" saytına açıqlamasında futbolçunun meneceri Cuzeppe Akkardi verib. O, 22 yaşlı futbolçunun xidmətində "Qarabağ"ın da maraqlı olduğunu bildirib:
 
"Embalonun xidmətində bir neçə klub maraqlıdır. Eləcə də "Qarabağ"la "Luqano". Amma biz yekun qərarımızı açıqlamamışıq. Yəqin ki, məsələ yaxın günlərdə qapanacaq". 
Qeyd edək ki, Qvineya Bissaulu hücumçu 2014-cü ildən "Palermo"da çıxış edir. O, "Karpi", "Leççe" və "Breşia" kimi klublarda icarə əsasında oynayıb.

214     
Reklam

Reklam