» » » "Kopenhagen"lə oyun öncəsi "Qarabağ"da ŞOK itki

"Kopenhagen"lə oyun öncəsi "Qarabağ"da ŞOK itki

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" ciddi itkiylə üzləşib.

Premyer.az xəbər verir ki, Ağdam klubu yeni transferi Dondal Geryenin xidmətindən məhrum olub. Haitili yarımmüdafiəçi məşq zamanı zədələnib. Onun Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacağı dəqiqdir. 28 yaşlı futbolçunun ÇL-in pley-off mərhələsi çərçivəsində avqustun 15-də keçiriləcək "Kopenhagen"lə matçda oynayıb-oynamayacağı da bəlli deyil. 
Qeyd edək ki, "Qarabağ" çempionatın ilk turunda "Neftçi"nin qonağı olacaq. Avqustun 11-də "Bakcel Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

580     
Reklam

Reklam