» » » "Sumqayıt" klubu baş məşqçi məsələsinə aydınlıq gətirdi

"Sumqayıt" klubu baş məşqçi məsələsinə aydınlıq gətirdi

"Sumqayıt" klubu baş məşqçi məsələsinə aydınlıq gətirdiBu gün "Sumqayıt" klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Premyer.az xəbər verir ki, görüşdə müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barədə fikir mübadiləsi aparılıb.

Toplantıda ötən mövsümün nəticələri müzakirə edilib, əsas, əvəzedici komandanın yeni 2017-18 mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib, akademiyadakı ümumi iş və yeniliklər barədə məlumat verilməklə yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.
 
 
Əsas komandanın baş məşqçisi Samir Abasov da iclasda iştirak edib. Çalışdırıcının ötən mövsüm üçün hesabatı dinlənilib. Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.
225     
Reklam

Reklam