» » » Fariz Yusifov hakimliklə bağlı Qərarını verdi!

Fariz Yusifov hakimliklə bağlı Qərarını verdi!

Fariz Yusifov hakimliklə bağlı Qərarını verdi!Azərbaycan futbolunun rekordçu hakimi Fariz Yusifov qərarını verib. Azərbaycan Kubokunun final görüşünü ən çox, 4 dəfə idarə edən Yusifov cari mövsümdə də Premyer Liqa oyunlarını idarə edəcək. 

Ötən mövsümün əksər nəticəsi əhəmiyyət kəsb edən görüşlərdə idarəçilik edən Yusifov kubokun görüşündə də ədaləti bərpa etdi. Amma o final görüşündən sonra verdiyi açıqlamasında ötən mövsümün onun üçün sonuncu olacağını istisna etməmişdi. Lakin  beynəlxalq dərəcəli hakim qərarını dəyişib. Bizdə olan məlumata görə, Fariz Yusifov ən azından bu il də Premyer Liqa oyunlarında olacaq.
Qeyd edək ki, Yusifov eyni zamanda polis polkovniki və Polis Akademiyasının müəllimidir. 
 
futbol11.az
168     
Reklam

Reklam