» » » Viktor Oliveyra: "Qarabağ"ın bu iki futbolçusu ilə daha diqqətli olmaq lazımdır"

Viktor Oliveyra: "Qarabağ"ın bu iki futbolçusu ilə daha diqqətli olmaq lazımdır"

Viktor Oliveyra: "Qarabağ"ın bu iki futbolçusu ilə daha diqqətli olmaq lazımdır"Bildiyiniz kimi "Qarabağ" komandası bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə səfərdə cavab matçına çıxacaq.  
Premyer.az rəqib komandanın braziliyalı müdafiəçisi Viktor Oliveyranın "Qarabağ"la növbəti görüş haqqında söylədiklərini diqqətinizə çatdırır:
 
- Viktor, "Qarabağ" Futbol Klubuna qarşı ilk oyunun haqda nə deyə bilərsən?
- Bu nüfuzlu turnirdə ilk oyunum idi. Oyun ağır alındı. Amma komandamız öz güclü tərəflərini göstərdi. Düşünürəm ki, əsas məqsədimizə nail olduq və öz qapımıza qol buraxmadıq.
 
- Rəqibin oyununu necə qiymətləndirirsən? Biz hansı keyfiyyətlərimiz sayəsində ağdam klubunu keçə bilərik?
- "Qarabağ" lazımi səviyyədə komplektləşib. Onların futbolçuları sürətli və aqressiv oyun nümayiş etdirir. Bizim klubun da peşəkar oyunçuları var, ona görə də biz rəqib üzərində qələbə qazanmaq üçün, ruh və güc birliyimizi nümayiş etdirməliyik.
 
- Avqustun 1-də doğma meydanda baş tutacaq oyunda kimi favorit sayırsan?
- Hesab edirəm ki, favorit olmayacaq. Əminliklə deyə bilərəm ki, matç hər iki komanda üçün çətin olacaq. Stadion tam dolarsa, bu bizim üçün böyük kömək olacaq. Azərbaycanda fanatlar daima komandalarını irəli səsləyirdilər, bizə də bu cür dəstək lazımdır.
 
- Bəs Azərbaycan klubunun heyətində hansısa futbolçunu qeyd edə bilərsən? Kimdən çəkinmək lazımdır?
- Ümumiyyətlə, bütün komanda güclü və səviyyəlidir, amma Dino Ndlovu ilə Donald Gerrye ilə daha diqqətli oynamaq lazımdır.
 
- "Qarabağ"la vacib oyun öncəsi klubumuzun azarkeşlərinə nə demək istərdin?
- Mümkün qədər çox azarkeşin dəstəyini görmək və səsini eşitmək istəyirik. Biz yalnız birlikdə güclüyük və nəyəsə nail ola bilərik.   Komanda qələbə üçün bütün gücünü ortaya qoyacaq.
222