» » » "Şahdağ" klubundan iddialı AÇIQLAMA

"Şahdağ" klubundan iddialı AÇIQLAMA

Qusarın "Şahdağ" Futbol Klubu yeni mövsümün hazırlıqlarına start verib. Premyer.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandaya ilkin olaraq Qusardan olan oyunçular cəlb olunacaq. Avqust ayının beşindən etibarən isə komandaya yeni oyunçular dəvət olunacaq.
 
Transferlər haqqında irəliləyən günlərdə rəsmi açıqlama veriləcək. Avqust ayının 10-dan etibarən toplanışın əsas mərhələsi start götürəcək. Klub bir neçə yoxlama oyunu keçirməyi də planlaşdırır. Rəqiblərin kimliyi isə hələlik məlum deyil.
 
Baş məşqçi postu ötən mövsümün ikinci dövərisində olduğu kimi, bu il də təcrübəli məşqçi Kamran Əlibabayevə həvalə olunub.
 
Bu mövsüm komanda iddialı yerlər uğrunda mübarizə aparacaq, hədəf çempionluq da ola bilər. Klub, öz azərkeşlərinin dəstəyi ilə, uğurlu mövsümün baş tutacağına inanır....
410     
Reklam

Reklam