» » » "Neftçi" yeni transferini rəsmən təqdim etdi

"Neftçi" yeni transferini rəsmən təqdim etdi

Paytaxtın "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer.az xəbər verir ki, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərov kimi futbolçuların keçidini həll edən "ağ-qaralar" bu dəfə legioner futbolçunu heyətə qatıb. Son olaraq Sloveniyanın "Rudar" klubuna çıxış edən futbolçunun Mateo Mujeklə münasibətlər rəsmiləşib. 22 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mujek karyerası ərzində "Hrvatski", "Luçko", "Qorisa" və "Zavro" kimi klublarda çıxış edib.

245     
Reklam

Reklam