» » » "Neftçi" Xorvatiya futbolçusunu TRANSFER edir (FOTOLAR)

"Neftçi" Xorvatiya futbolçusunu TRANSFER edir (FOTOLAR)

Paytaxtın "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. 

Premyer.az xəbər verir ki, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərov kimi futbolçuların keçidini həll edən "ağ-qaralar" bu dəfə Mateo Muzeki düşərgəsinə dəvət edib. 
 
Son olaraq Sloveniyanın "Rudar" klubuna çıxış edən futbolçunun 22 yaşı var. Müdafiəçi böyük ehtimalli SKA-ya üz tutan Georgi Navalovskinin boşluğunu doldurmaq üçün komandaya cəlb olunub. Xorvatiyalı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 
 
Qeyd edək ki, Muzek karyerası ərzində "Hrvatski", "Luçko", "Qorisa" və "Zavro" kimi klublarda çıxış edib.

"Neftçi" Xorvatiya futbolçusunu TRANSFER edir (FOTOLAR)


"Neftçi" Xorvatiya futbolçusunu TRANSFER edir (FOTOLAR)
178     
Reklam

Reklam