» » » “Neftçi” yeni transferlərə hazırlaşır

“Neftçi” yeni transferlərə hazırlaşır

Azərbaycanın öndəgələn klublarından olan "Neftçi” ilə bağlı durum heç də ürəkaçan deyil. Bir neçə dəfə islahatlar həyata keçirilsə də ağ-qara klub mükafatlar uğrunda mübarizəyə qoşula bilmir. Ötən mövsümü 7-ci yerdə başa vuran komandanın yay transfer dönəmində fəal olacağı gözlənilsə də, bu baş vermədi. Əvəzində  aparıcı üzvü Georgi Navalovskini də itirən "Neftçi” demək olar ki ciddi transfer etməyib.
Premyer.az saytının məlumatına görə, hazırda Avstriyada təlim-məşq toplanışında olan "Neftçi”nin düşərgəsinə futbolçular qoşulacaq. Baş məşqçi Elxan Abdullayev xüsusən də dayaq yarımmüdafiəçisi axtarışındadır. Çalışdırıcı məhz bu mövqe üçün transferin vacibliyini vurğulayıb  və bu istiqamətda çalışmalar aparılır.

143