» » » Qurban Qurbanov: "Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq"

Qurban Qurbanov: "Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq"

Qurban Qurbanov: "Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq""Gözlədiyimiz oyun oldu. Ağır oyun olacağını bilirdik. Bu oyun bir daha göstərdi ki, turnirdə zəif komanda yoxdur”. Premyer.az bildirir ki, bu sözlər "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Şerif”lə qolsuz heç-heçə edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: "Komandamdan razı qaldım. Bəzi səhvləri nəzərə almasaq, yaxşı oynadıq. Düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Evdə qol buraxmamaq üstünlükdü. Cavab oyununa yaxşı hazırlaşmağa və mərhələ adlamağa çalışacağıq”.
 
 
- İlk hissədə cinahlardan heç bir hücumunuz alınmadı. Bu, nə ilə bağlı idi?
- Dünən də demişdim ki, "Şerif” fərqli üslublarda oynayır və bu gün bunun şahidi olduq. Xüsusən, rəqibin 20 nömrəli oyunçusu daha fəal idi. İlk hissədə rəqib yaxşı müqavimət göstərdi. Lakin oyunu 90 dəqiqə eyni tempdə keçirmək çətin olur. Düşünürəm ki, rəqib evdə daha açıq futbol oynayacaq. Komandanın baş məşqçisi də futbolu yaxşı bilən mütəxəssisdi. Fikrimcə, onlar Bakıdan istədikləri nəticə ilə dönürlər.
 
 
- Etiraf edək ki, "Qarabağ” rəqibdən daha səviyyəli komandadı. Cavab oyununda hansı dəyişikliklərə əl atacaqsınız?
- Öz proqramımız əsasında işləyirik. Hansı oyunçuya lazımdısa, ona əlavə proqram veririk. Komanda bir yerdə çox az olub. Oyunçuların fiziki hazırlığında bəzi çatışmazlıqlar var. Bu da vaxtla olan məsələdi. Vaxt keçdikcə, bu problemin qaydasına düşəcəyini gözləyirəm. 
 
 
- Bu gün meydanda gözlədiyiniz "Şerif”i gördüz.
- Bəli, gözlədiyim komandanı gördüm.
 
 
- Bu "Şerif” cavab oyununda sürpriz edə bilər?
- Rəqib nəticə qazanmağı bacaran komandadı. Komandanın müdafiə olunması çoxunda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda bizi tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq.
 
 
- Pley-off öncəsi evdə qolsuz bərabərlik komandada gərginlik yarada bilərmi?
- Belə düşünmürəm. Çalışacağıq nəticə üçün oynayaq. Bunun üçün də əlimizdən gələni edəcəyik.
 
 
- Ağabalanı meydana gec buraxmağınız nə ilə bağlı idi?
- Donald yorulmuşdu, buna görə də Ağabalanı meydana buraxdım.
 
 
- "Şerif”in "Kukesi” ilə oyunlarını yəqin ki izləmisiniz. Onların fərqli çıxışını necə dəyərləndirmək olar?
- Hər iki oyunlarını izləmişdim. "Kukesi” ilə səfər matçına qalib kimi getmişdilər. Bu üzdən əsas məqsədləri qol buraxmamaq idi. Məşqçilər, futbolçular daha inkişaf edirlər, rəqibi daha yaxşı tanıyırlar.
512     
Reklam

Reklam