» » » "Qarabağ" - “Şerif" oyununa neçə bilet satılıb?

"Qarabağ" - “Şerif" oyununa neçə bilet satılıb?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
 
Premyer.az xəbər verir ki, geridə qalan 4 gündə satılan biletlərin sayı artıq 17 minə çatıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.
Qeyd edək ki, "Qarabağ" - "Şerif" matçı bu gün keçiriləcək və saat 21:00-da start götürəcək.
157