» » » "Qarabağ" - "Şerif" oyununa neçə bilet satılıb?

"Qarabağ" - "Şerif" oyununa neçə bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Moldovanın "Şerif" klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.
 
Premyer.az xəbər verir ki, ilk iki gündə artıq 10 min bilet satılıb. Məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
"Qarabağ" – "Şerif" matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN
227