» » » Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)

Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)

Daha öncə də xəbər verdiyimiz kimi, son mövsümü AZAL-da keçirmiş Röyal Nəcəfov Türkiyənin BAL liqasında mübarizə aparan "Malatya Yeşilyurtspor"la bir illik müqavilə imzalayıb.

27 yaşlı hücumçu Premyer.az saytına müsahibə verib. Müsahibəni diqqətinizə çatdırırıq:
 
- Türkiyə klubuna keçidin necə alındı?
- Azərbaycandakı bir məşqçinin mənim üçün dəyərli olan fikirlərinə güvənərək və onun məsləhəti ilə bu keçid baş tutdu. Bu, keçən il MOİK komandasında köməkçi məşqçi vəzifəsində işləmiş Salih Özbirdir.
Bir gün axşam evdə olarkən, Salih hoca mənə zəng etdi və Türkiyədə oynamaq istəyib-istəmədiyimi soruşdu. Mən isə cavabımda: "Siz məsləhət görürsünüzsə, niyə də oynamayım” dedim. Və beləcə transfer görüşmələri başladı.
 
- Son klubun olan AZAL-dan ayrıldığın zaman hər hansı bir problem oldumu?
- Xeyir, heç bir problem olmadı. Aqil müəllimlə (Red. Aqil Nəbiyev) görüşdük və səmimi söhbətimiz oldu. Sağ olsun Aqil müəllim, mənim Türkiyə klubuna keçidimə dəstək oldu. Fürsətdən istifadə edərək, Premyer.az saytı vasitəsi ilə Aqil Nəbiyevə öz təşəkkürümü bildirirəm.
 
- Yeni klubun haqqında bir az məlumat verərdin oxucularımıza..
- "Malatya Yeşilyurt Belediyyespor” (Red. Qısa adı MYB)klubu Türkiyənin BAL Liqasında mübarizə aparır. Hədəfi çempionluq olan bir komandadır. Keçən mövsüm bir xal fərqlə çempionluğu əldən veriblər. Bu ilki hədəf də təbii ki, çempionluqdur.
 
Mən klubun infrastrukturunu yerində gördüm. Çempion olmaq üçün klubun hər bir imkanı və şəraiti var. Klubun futbolu bilən prezidenti Dursun Sucunun, çox səviyyəli baş məşqçimiz İsmail Tekinin və klubun geniş düşüncəli idman direktoru – Aymet Tayfunun adlarını xüsusi ilə qeyd etmək istərdim.
 
- Dediyinə görə bir neçə Türkiyə klubundan təkliflər almışdın. Nəyə görə məhs MYB klubunu seçdin?
- Əslində mənə nəyinki Türkiyə klublarından, hətta digər xarici ölkələrin klublarından da təkliflər gəlmişdi. Amma seçim etməyimdə yuxarıda qeyd etdiyim amillərin böyük rolu oldu və beləliklə də MYB ilə bir illik müqavilə imzaladıq.
 
- Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq ki?
- Mən hər zaman rəqabətdən yana olmuşam. Rəqabət olan yerdə, səviyyə də olar. İstər klub rəhbərliyi, istərsə də məşqçi heyyəti mənə çox inanır, mən də əlimdən gələni edəcəm ki, əsas heyyətdə möhkəmlənim və mənə inanların başını uca tutum.
 
- İlk dəfədir legioner həyatı yaşayacaqsan. Hansı hisslər keçirirsən?
- Bəli, bu ilk legioner təcrübəm olacaq. 27 yaşım var və düşünürəm ki, artıq legioner həyatı yaşamaq üçün ən yaxşı vaxtdır. İnanmıram ki, bir çətinlik yaşayam. Çünki klub rəhbərliyi, mənim öz evimdə olduğumu hiss etməyim üçün, əlindən gələni edir. Deyə bilərəm ki, burda tam bir ailə ab - havası var. Sonda Premyer.az saytı vasitəsilə, mənim trasferimdə əməyi keçən hər kəsə, ilk öncə Aqil Nəbiyevə, Salih Özbirə, Dursun Suçuya, İsmail Tekinə və Ahmet Tayfuna öz təşəkkürümü bildirirəm.
 
Rauf İskəndərov / Premyer.az

Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)
Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)
Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)

Türkiyədə oynayacaq futbolçumuz: "Rəqabət olan yerdə, səviyyə də olar" (ÖZƏL) (FOTOLAR)


535     
Reklam

Reklam