» » » "Bakı"nın keçmiş futbolçusunun Türkiyə macəraları davam edir

"Bakı"nın keçmiş futbolçusunun Türkiyə macəraları davam edir

"Bakı"nın keçmiş futbolçusunun Türkiyə macəraları davam edir"Bakı"nın sabiq futbolçusu Jabanın Türkiyə macəraları davam edir. Premyer.az xəbər verir ki, 2004/05 mövsümündə Türkiyənin "Ankaraspor" (indiki "Osmanlıspor") klubunda çıxış etməyə başlayan braziliyalı futbolçu, daha sonra Super Liqa klubları olan "Ankaragücü" və "Antalyaspor" klublarının formasını geyinib.
Son mövsümün ilk hissəsini "Kurtuluşspor"da keçirən 36 yaşlı hücumçu, daha sonra BAL liqasında çıxış edən "Gebzespor"a keçmişdi. Bu günlərdə isə Jaba Türkiyənin həvəskarlar liqasında çıxış edən "Somaspor"la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. 
 
Türkiyədə çıxış etdiyi müddət ərzində 95 qola imza atan Jaba, yeni klubunun bu mövsüm transfer etdiyi 18-ci futbolçu olub.

Qeyd edək ki, Jaba 2009/12 və 2014/15 mövsümlərində "Bakı"nın şərəfini qoruyub.
215