» » » Qurban Qurbanov gürcü jurnalistlərin qarşısına çıxacaq

Qurban Qurbanov gürcü jurnalistlərin qarşısına çıxacaq

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” sabah səfərdə Gürcüstanın "Samtredia” klubunun qonağı olacaq.

Premyer.az xəbər verir ki, bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq.
 
Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
Qeyd edək ki, "Samtredia” – "Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.

108