» » » Klubu ilə vidalaşmaq üçün məşhur qəzetin bir səhifəsini satın alan futbolçu kimdir?

Klubu ilə vidalaşmaq üçün məşhur qəzetin bir səhifəsini satın alan futbolçu kimdir?

Premyer.az xəbər verir ki, "Milan"a keçməyə yaxın olan Leonardo Bonuççi Turin klubu ilə vidalaşmaq üçün  "Gazzetta dello Sport" qəzetinin bir səhifəsini satın alıb.

«Yeddi mövsüm geridə qaldı. Komanda daxilindəki gözəl atmosfer sayəsində qazanılan qələbələrlə dolu 7 mövsüm. 6 skudetto. Sözsüz ki, çempionlar liqasını qazana bilmədəyimiz üçün təəssüf hissi də var. Amma etdiklərimiz qürurlanmağa əsas verir.

Mən həmişə bütün gücümü ortaya qoymuşam.Geriyə baxarkən komandayla böyük uğurlar əldə etdiklərimizi görürəm. Hər şeyə görə təşəkkür edirəm "Yuve", — deyə Bonuççinin bildirişində qeyd edilib.

İtaliya mətbuatının məlumatına görə, müqavilə 5 illiyinə imzalanacaq və Bonuççinin Milandakı məvacibi 6,5 milyon avro olacaq.
101