» » » “Araz Naxçıvan” Birinci Divizionda?

“Araz Naxçıvan” Birinci Divizionda?

“Araz Naxçıvan” Birinci Divizionda?Peşəkar Futbol Liqasının Azərbaycan Kubokunun final görüşünü Naxçıvanda keçirməsi, ardından Naxçıvan Muxtar Respublika Stadionunda Heydər Əliyev kubokunun təşkil olunması qədim diyarımızda futbolun yenidən canlanmasına səbəb oldu.

Bütün bunlardan sonra belə bir iddia ortaya atılmışdı ki, "Araz Naxçıvan” I Divizionda təmsil olunmaqda maraqlıdı. Premyer.az xəbər verir ki, Futbol11.az saytının məlumatına görə, Muxtar Respublika rəhbərliyi futbolda ən üst səviyyədə təmsil olunmaqda maraqlı olsa da, "Araz Naxçıvan”ın bu il aşağı liqada olması gözlənilmir.
 
 
Qeyd edək ki, "Araz Naxçıvan” Əsgər Abdullayevin rəhbərliyi altında 1 dəfə I Divizionun qalibi olub. Premyer Liqada isə "Araz Naxçıvan”ın çıxışı uğurlu alınmadı və komanda mövsüm başa çatmadan yarışdan imtina etdi.
238