» » » "Neftçi" yeni TRANSFER-ə hazırlaşır

"Neftçi" yeni TRANSFER-ə hazırlaşır

"Neftçi" yeni TRANSFER-ə hazırlaşırYeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır. 

Premyer.az xəbər verir ki, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovla müqavilə imzalayan "ağ-qaralar" İlqar Ələkbərovu heyətinə qatmağa hazırlaşır.
Komandanın baş məşqçisi Elxan Abdullayev son mövsümü AZAL-ın heyətində keçirən yarımmüdafiəçini baxışdan keçirir. Əgər futbolçu məşqlərdə və yoxlama görüşlərində özünü yaxşı tərəfdən göstərə bilsə, onunla 1 illik müqavilə imzalanacaq. 
Qeyd edək ki, Ələkbərov karyerası ərzində "İnter" və "Xəzər Lənkəran" kimi komandalarda da top qovub.
374     
Reklam

Reklam