» » » "Zirə"nin futbolçuları mükafatlandırılacaq!

"Zirə"nin futbolçuları mükafatlandırılacaq!

Avropa Liqasının I təsnifat mərhələsi "Zirə” üçün uğurlu alındı. Gənc Ayxan Abbasovun rəhbərlik etdiyi komanda debüt ilindəcə Lüksemburqun "Differdanj” klubunu məğlub etdi. "Zirə” Avropa Liqasının ikinci mərhələsində "Astra” ilə üz-üzə gələcək.

Premyer.az saytı xəbər verir ki, "Zirə” rəhbərliyi birinci mərhələdə uğur qazanan futbolçuları mükafatlandıracaq. "Zirə” rəhbərliyi əsas heyət oyunçularına mərhələ adlamalarına görə 3 min manat mükafat verməyi düşünür.
Qeyd edək ki, "Astra” və "Zirə” arasında ilk oyun iyulun 13-də Rumıniyada keçiriləcək.
282     
Reklam

Reklam